Bank Of Baku

Pakistan hökuməti istefaya gedib

Pakistan hökuməti istefaya gedib
# 09 fevral 2011 16:29 (UTC +04:00)
Bakı – APA. Pakistan Nazirlər Kabinetinin üzvləri istefa veriblər. APA-nın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, nazirlər hökumətin fevralın 9-da keçirilən iclasında istefa ərizələrini baş nazir Yusuf Gilaniyə təqdim ediblər. Prezident istefaları qəbul etdikdən sonra Y. Gilani 4 gün ərzində yeni hökuməti formalaşdıracaq.

Müxalifətin tələbinə uyğun olaraq nazir vəzifələrinin sayının azaldılacağı və büdcə vəsaitlərinə qənaət ediləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR