Bank Of Baku

KXDR hərbçiləri Cənubi Koreya ilə danışıqlardan imtina ediblər

KXDR hərbçiləri Cənubi Koreya ilə danışıqlardan imtina ediblər
# 10 fevral 2011 02:57 (UTC +04:00)
Bakı-APA. İki Koreya arasında keçirilən hərbi danışıqlarda iştirak edən KXDR nümayəndə heyəti cənublu nümayəndələrlə dialoqu davam etdirməyəcəyini bildirib.

Bu barədə Pxanmuncom sərhəd məntəqəsindəki ikigünlük danışıqlarda iştirak edən Koreya Xalq ordusunun nümayəndə heyətinin bəyanatında deyilir.

Şimallılar Cənubi Koreya nümayəndələrinin iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yox, gərginləşdirilməsinə çalışdıqlarını bildiriblər.

Pxanmuncomda iki ölkə hərbçiləri arasında polkovniklər səviyyəsində keçirilən danışıqlar nəticəsiz başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR