Bank Of Baku

Yaponiya XİN: Kuril adaları bizim əzəli torpaqlarımızdır

Yaponiya XİN: Kuril adaları bizim əzəli torpaqlarımızdır
# 10 fevral 2011 04:51 (UTC +04:00)
Bakı-APA. Yaponiya XİN başçısı Seydzi Maexara yenə də Cənubi Kuril adalarını ölkəsinin əzəli torpaqları adlandırıb və beynəlxalq hüququn bunu təsdiq etdiyini bildirib. Bu barədə o Tokioda Moskvaya uçmamışdan əvvəl keçirdiyi mətbuat konfransında bəyan edib. Fevralın 11-də Maexara Moskvada həmkarı Sergey Lavrovla danışıqlar aparacaq.

«Rusiya rəsmilərinin ora nə qədər getməsindən, orada hərbi qüvvələri nə qədər artırmaqlarından asılı olmayaraq, bu şimal ərazilərinin bizim əzəli torpaqlarımız olması barədə beynəlxalq hüququn qənaətini dəyişdirə bilməz», deyə Yaponiya XİN başçısı bəyan edib.

Dünən Rusiya prezidenti Dmitri Medvedev Kuril adalarının Rusiyanın ayrılmaz hissəsi və strateji bölgəsi olduğunu bildirib. Medvedev müdafiə nazirinə Kuril adalarının təhlükəsizliyini təmin etməyi tapşırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR