Bank Of Baku

Mehdi Kərrubi ev dustağı edilib

Mehdi Kərrubi ev dustağı edilib
# 10 fevral 2011 13:36 (UTC +04:00)
APA-nın “sahamnews.org” saytına istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrindən olan bir neçə nəfər M. Kərrubinin mənzilinin qarşısında duraraq onun övladına bildiriblər ki, anaları Fatimə Kərrubi istisna olmaqla fevral ayının 14-nə qədər heç kim M. Kərrubini görə bilməzlər.

Məlumatda bildirilir ki, Mehdi Kərrubi və Mirhüseyin Musəvi Tunis və Misir xalqına dəstək olmaq üçün Tehran polisindən aksiya keçirməyə görə icazə istəyiblər. M. Kərrubinin ev dustağı edilməsinin bununla əlaqəli olduğu ehtimal edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR