Bank Of Baku

Mahmud Əhmədinejad: “İran Səfəvilər dövründə əsaslı inkişaf edib və onların mirasları indi də qorunur”

Mahmud Əhmədinejad: “İran Səfəvilər dövründə əsaslı inkişaf edib və onların mirasları indi də qorunur”
# 11 fevral 2011 12:11 (UTC +04:00)
APA-nın “İRNA” ya istinadən verdiyi məlumata görə, bu sözləri İran prezidenti Mahmud Əhmədinejad islam inqilabının 32-ci ildönümü münasibəti ilə Tehranın Azadlıq meydanında çıxışı zamanı deyib. O bildirib ki, İran xalqı bütün millətlərə qarşı pak niyyətli və ədalətlidir: “İran bu gün bütün dünya xalqlarına üçün nümunə olmalıdır. Biz iqtisadi, mədəni, texnologiya, nüvə və kosmos sahələrində inkişaf edən ölkələr sırasındayıq və lazımı avadanlıqları özümüz istehsal edirik. İran ən yaxın illər ərzində öz istehsalı olan raketlə kosmosa insan göndərəcək. İran xalqı İslam inqilabının sayəsində qonşu ölkələr ilə dost qardaş münasibətindədir. Millətçilik, irqçilik baxımından ayrı-seçkilik yoxdur”.

İran prezidenti qərb ölkələrinə müraciət edərək deyib ki, bu ölkələr hoyləgər siyasətdən imtina etməlidir: “İran Səfəvilər dövründə canlanıb və əsaslı inkişaf edib. Onların mirasları indi də İranda qorunur və onlarla fəxr edirik. Lakin istismarçı ölkələr 150 il İranın əvvəlki ləyaqətsiz rəhbərləri ilə əlbir olaraq bütün şəhər və kəndləri, əkinçilik, mədəniyyət, ticarət, elm və quruculuğu bərbad ediblər. Lakin Səfəvilərdən sonra İran yalnız son 32 ildə - İran islam inqilabından sonra saya gəlməyən nailiyyətlər əldə edib.
İran xalqı və dövləti onun düşmənləri ilə heç vaxt bir araya gəlməyəcək. Sülh məqsədli nüvə məsələsində, energetikanın və nanotexnologiyanın istehsalını heç kimlə müzakirə etməyəcək. Xeyir işdə müzakirəyə ehtiyac yoxdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR