Bank Of Baku

Türkiyə prezidenti İrana rəsmi səfər edəcək

Türkiyə prezidenti İrana rəsmi səfər edəcək
# 11 fevral 2011 12:54 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Türkiyə prezidenti Abdulla Gül fevralın 14-də İrana rəsmi səfər edəcək. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu xəbəri jurnalistlərə İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramin Mehmanpərəst açıqlayıb. O bildirib ki, A. Gül İran prezidenti Mahmud Əhmədinejadın dəvətinə əsasən 3 gün İranda olacaq. Səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədə baş verən hadisələr, beynəlxalq məsələlər və digər mövzular müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR