Bank Of Baku

Pakistanda sabiq prezident Pərviz Müşərrəfin həbsinə sanksiya verilib

Pakistanda sabiq prezident Pərviz Müşərrəfin həbsinə sanksiya verilib
# 12 fevral 2011 12:01 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən yaydığı məlumata görə, P. Müşərrəfin adı keçmiş baş nazir Bənazir Bhuttonun qətlinə dair cinayət işində təqsirləndirilən şəxs kimi keçir. O, fevralın 19-da məhkəməyə gəlməlidir. Həbs qərarı verilən məhkəmə iclasında çıxış edən prokuror bildirib ki, istintaq nəticəsində P. Müşərrəfin Bhuttonun qətlində əli olduğu müəyyənləşib. O, sui-qəsdi 2 polis və terrorçularla birlikdə planlaşdırıb.

Qeyd edək ki, P. Müşərrəf hazırda Londondadır və ölkəsinə dönməyə hazırlaşmır.

B. Bhutto P. Müşərrəfin prezidentliyi dövründə - 2007-ci il dekabrın 27-də, parlament seçkilərinə iki həftə qalmış öldürülüb. Hakimiyyət bu cinayətə görə “Taliban”ın yerli qanadını günahlandırsa da, B. Bhuttonun tərəfdarları sui-qəsddə xüsusi xidmət orqanlarını ittiham ediblər. 2008-ci ildə B. Bhuttonun həyat yoldaşı Asif Əli Zərdari prezident seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR