Bank Of Baku

Qazaxıstan müxalifəti prezidentliyə namizəd müəyyən edib

Qazaxıstan müxalifəti prezidentliyə namizəd müəyyən edib
# 12 fevral 2011 20:52 (UTC +04:00)
Bakı-APA. Qazaxıstanda müxalifət partiyası növbəti seçkilərdə namizədini müəyyən edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Azad Sosial Demokrat partiyası həmsədr Bulat Əbilovun namizədliyinə yekdilliklə səs verib.

Seçkilər prezident Nursultan Nazarbayevin fərmanına əsasən aprelin 3-də keçiriləcək.

70 yaşlı prezidentin hakimiyyət dönəmi 2012-ci ildə başa çatır və o, hakimiyyətini 2020-ci ilədək uzatmaq təklifini rədd edib. Bu təklif ötən ay parlament tərəfindən səsvermədə qəbul olunmuş, lakin sonradan Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR