Bank Of Baku

Fələstin idarəsi yeni seçkilərin keçirilməsinə çağırır

Fələstin idarəsi yeni seçkilərin keçirilməsinə çağırır
# 13 fevral 2011 00:55 (UTC +04:00)
Bakı-APA. Fələstin İdarəsi vaxtı çoxdan keçmiş prezident və parlament seçkilərinin keçirilməsi haqda planlarını açıqlayıb. APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Fələstin prezidenti Mahmud Abbasın yardımçısı Yasir Rabbo Fələstin idarəsinin icraçı komitəsinin Ramallahda keçiriləın iclasından sonra açıqlama verib. O, səsvermənin dəqiq tarixini göstərməyib. Bəyanatda fələstinli fraksiyaların aralarındakı fikir ayrılıqlarını bir kənara qoymasına və ən geci sentyabrda seçkilərin keçirilməsinə çağırılır.

Qəzzanı idarə edən Həmas liderləri səsverməyə çağırışı rədd ediblər. Bu təşkilatın nümayəndəsi Fəvzi Barhum İslamçı qrupun legitim olmadığına görə seçkilərdə iştirak etməyəcəyini bildirib. Həmas deyib ki, iki hökumət arasında barışıq olmayınca səsvermə keçirilə bilməz.

Bu arada İsraillə danışıqlar aparan fələstinli nümayəndə Saeb Erekat vəzifəsindən istefa verib. Erekatın istefasına səbəb ötən ay sızdırılmış sənədlərlə bağlıdır. Əl-Cəzirə telekanalının açıqladığı sənədlərə əsasən Erekat İsrailə əlavə güzəştlərə getməkdə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR