Bank Of Baku

Türkiyə prezidenti Abdullah Gül İrana dörd günlük rəsmi səfərə gedib

Türkiyə prezidenti Abdullah Gül İrana dörd günlük rəsmi səfərə gedib
# 14 fevral 2011 08:31 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Türkiyə prezidenti Abdullah Gülün İrana rəsmi səfəri başlayıb. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Abdullah Gülün şərəfinə rəsmi karavul düzülüb. Rəsmi qarşılanma mərasimi İranın Xarici İşlər Nazirliyində olub, mərasimdə İran prezidenti Mahmud Əhmədinejad iştirak edib. A. Gülü səfərdə 300 nəfərlik heyət müşayiət edir. Heyətin tərkibinə Türkiyənin yüksək rütbəli şəxsləri, iş adamları və jurnalistlər daxildir. Dörd günlük səfər çərçivəsində iki ölkə münasibətlərinə dair əhəmiyyətli məsələlər müzakirə ediləcək. A. Gülün başçılıq etdiyi nümayəndə heyəti İsfahan və Təbriz şəhərlərinə də səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR