Bank Of Baku

İranda prezidentliyə sabiq namizədlər Mehdi Kərrubi və Mirhüseyn Musəviyə qarşı təzyiqlər başlayıb

İranda prezidentliyə sabiq namizədlər Mehdi Kərrubi və Mirhüseyn Musəviyə qarşı təzyiqlər başlayıb
# 14 fevral 2011 11:48 (UTC +04:00)
Kərrubinin evinin qarşısında keşik çəkən təhlükəsizlik qüvvələri kameranın yenidən bərpasına icazə verməyiblər. APA-nın “sahamnews.org” a istinadən verdiyi məlumata görə, bu kameralar Mehdi Kərrubinin mənzilinə olunan hücumlardan sonra öz yaxınları tərəfdən quraşdırılıb. Məlumatda bildirilir ki, M. Kərrubinin həyat yoldaşı Fatimə Kərrubinin bu gün evdən çıxmasına icazə verməyiblər.

Məlumatda daha sonra bildirilir ki, İranda prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi və onun həyat yoldaşının bütün əlaqə telefonları bağlanıb. Onların mənzilinə gedən yollarda isə hərəkət polis və təhlükəsizlik qüvvələri tərəfindən məhdudlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR