Bank Of Baku

İranla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 30 milyard dollara çatdırılacaq

İranla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 30 milyard dollara çatdırılacaq
# 14 fevral 2011 13:16 (UTC +04:00)
APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad bildirib ki, İran və Türkiyənin münasibətlərinin genişlənməsi regionda sülh və əməkdaşlığın inkişafı deməkdir: “İran beynəlxalq aləmdə Türkiyəni daim himayə edib. Türkiyənin inkişafını və uğurunu öz inkişaf və uğurumuz bilirik. Türkiyənin də beynəlxalq aləmdə İran xalqının hüquqlarını müdafiə etməsinin şahidiyik”.

Türkiyə prezidenti Abdulla Gül İran və Türkiyənin iqtisadi, mədəni, siyasi və digər əlaqələrinin yüksək səviyyədə olduğunu deyib: “İran prezidenti ilə regionda olan problemləri baş verən hadisələri müzakirə etdik. Ümid edirəm ki İran və Türkiyənin əlaqələrinin inkişafı regionda, eləcə də islam dünyasında öz təsirini buraxacaq. Mən İrana səfər edəndə elə bildim ki, öz doğma vətənimdəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR