Bank Of Baku

Rəsmi KİV: Tehranda qiyam yatırılıb

Rəsmi KİV: Tehranda qiyam yatırılıb
# 14 fevral 2011 20:16 (UTC +04:00)
Bakı-APA. «Azsaylı qiyamçılar qrupu Tehranda ictimai asayişi poza bilməyib». İranın rəsmi «Fars» informasiya agentliyi belə bir məlumat yayıb.

Bu Tehranda baş verən hadisələr barədə ilk rəsmi şərhdir.

Agentliyin məlumatına görə, «müxalifətçilərin növbəti küçə iğtişaşı yaratmaq cəhdi təkcə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən deyil, həmçinin adi vətəndaşlar tərəfindən yatırılıb». «ABŞ-ın dəstəyilə hərəkət edən əks-inqilabi və monarxist elementlər yenə də heç nəyə nail olmayıblar», deyə «Fars» yazır.

Bir müddət öncə İran müxalifəti Tehranda öz tərəfdarlarının kütləvi şəkildə həbs olunduğunu yazmışdı.

Bazar ertəsi İranın bir sıra rayonlarında Misir nümayişçilərinə dəstək aksiyaları keçirilib. Tehranda polislər nümayişçiləri qovmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR