Bank Of Baku

Tehrandakı qarşıdurmada həlak olanlar var

Tehrandakı qarşıdurmada həlak olanlar var
# 14 fevral 2011 19:27 (UTC +04:00)
Bakı-APA. Tehranda polis və nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində ən azı 1 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən artıq etirazçı isə saxlanılıb. APA-nın «lenta.ru»ya istinadən verdiyi məlumata görə, bu barədə hadisələrin şahidləri öz mikrobloqlarında yazırlar.

İş gününün başa çatması ilə nümayişçilərin sayı xeyli artıb: on minlərlə insan müxtəlif yollarla şəhərin əsas meydanları olan Azadi və İnqilaba tərəf yönəlirlər.

İnsanlar hökumət əleyhinə şüarlar səsləndirir, siyasi məhbusların azad olunmasını və rejimin demokratikləşdirilməsini tələb edirlər. Bir sıra küçələrdə barrikadalar qurulub.

Nümayişlərin yatırılması üçün 10 min nəfərə yaxın polis və xeyli sayda rejimin müdafiəsi üçün qurulmuş yarımhərbi “Bəsic” Müqavimət Gücünün könüllüləri cəlb olunublar. Onlar əsasən gözyaşardıcı qaz, dəyənək və rezin güllələrdən istifadə edərək insanlar sözügedən meydanlarda toplaşmasına imkan vermirlər.

Hökumət əleyhinə analoji çıxışlar ölkənin başqa iri şəhərlərində də keçirilir.

Hökumət faktiki olaraq bütün müstəqil KİV-nin işini dayandırıb. Əcnəbi jurnalistlərə işləmək ümumiyyətlə qadağan olunub. Hakimiyyət internet və rabitəni də kəsib.

Yerli televiziya qarşıdurma barədə heç bir məlumat vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR