Bank Of Baku

Livan sünnilərinin lideri hakimiyyəti inqilabla hədələyib

Livan sünnilərinin lideri hakimiyyəti inqilabla hədələyib
# 14 fevral 2011 21:34 (UTC +04:00)
Bakı-APA. Öz vəzifəsini tərk edən Livanın baş naziri və sünni «Əl-Müstəqbəl» hərəkatının lideri Saad Həriri müxalifətə keçdiyi və 2005-ci ildə baş vermiş «sidr inqilabının» baza prinsiplərinə qayıtdığı barədə bəyan edib.

Saad Həriri tərəfdarlarını martın 14-də Azadlıq meydanında toplaşmağa və xalqın oğurlanmış iradəsini qaytarmağa çağırıb.

«Biz ərəb dünyasında demokratik yola keçən ilk dövlətik. İndi biz başlanğıc mövqeyə qayıdırıq ki, azadlıq və ədalət, istismar və hərbi diktata qarşı yenidən mübarizəyə başlayaq». Həriri «Konstitusiya quruluşu və Livan üzrə xüsusi tribunalın müdafiəsi» proqramını elan edib. Livan üzrə xüsusi tribunal Saad Həririnin 6 il əvvəl baş vermiş Rafiq Həririnin qətlini araşdırır. Saad Həriri tribunalın hansısa Livan icmasına qarşı yönəldiyi barədə iddiaları rədd edib. Həririnin sözlərinə görə, tribunal Livanı terrordan müdafiə etmək üçün yaradılıb.

«Biz Xüsusi tribunalı dəstəkləyəcək və onun qərarını qəbul edəcəyik, lakin heç vaxt şiə icması ilə qarşıdurmaya getməyəcəyik», deyə o bildirib. Mətbuatda gedən məlumatlara əsasən, Xüsusi tribunal Rafiq Həririnin qətlində şiə «Hizbullah» hərəkatını günahlandıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR