Bank Of Baku

İran baş prokuroru: Tehranda 14 fevral hadisələrini törədənlər barəsində ciddi tədbir görüləcək

İran baş prokuroru: Tehranda 14 fevral hadisələrini törədənlər barəsində ciddi tədbir görüləcək
# 15 fevral 2011 10:50 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. “Amerika, eləcə də İran dövlətinin əleyhinə olan digər qruplarla əlbir olub daxildə iğtişaş törədənlərə rəhbərlik edənlər cəzalarına çatacaqlar”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın baş prokuroru Qulamhüseyn Möhsin Ejeyi deyib: “Müxalifət liderləri Amerikanın hiyləsinə aldanıblar. Onlar bu oyunda artıq uduzublar. Tezliklə onların barəsində ciddi tədbir görüləcək”.

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü də cəmiyyətdə iğtişaş törədənləri pisləyərək onlarla ciddi davranmağın tərəfdarı olduğunu deyib.

Bundan əlavə İranın hakimiyyət dairələri dünən Tehran, Şiraz və İsfahan şəhərlərində qarşıdurma yaradanların barəsində ən ağır tədbirlər görməyi istəyiblər.

Aksiyalar zamanı Tehran şəhərində 1 nəfər ölüb, 30-a yaxın insan yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR