Bank Of Baku

İranın polis generalı: “Tehrandakı hadisələr Amerika, Britaniya, İsrail agentləri və əks-inqilabçı ünsürlər tərəfindən törədilib”

İranın polis generalı: “Tehrandakı hadisələr Amerika, Britaniya, İsrail agentləri və əks-inqilabçı ünsürlər tərəfindən törədilib”
# 15 fevral 2011 11:58 (UTC +04:00)
APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın polis rəisinin müavini, general Əhməd Reza Radan açıqlayıb. O, hadisələr zamanı yoldan keçən dinc sakinin həlak olduğuna dair xəbərləri təsdiqləyib: “Dinc əhali arasında yaralananlar da var. Onlardan birinin vəziyyəti ağırdır. Bir nəfər isə paytaxt küçələrində intihar etmək istəyib, lakin polislərin vaxtında müdaxiləsi nəticəsində onun bu cəhdinin qarşısı alınıb”.

Ə. R. Radan bəyan edib ki, qarışıqlıq ABŞ, Britaniya və İsrail agentləri, əks-inqilabçı ünsürlər tərəfindən törədilib. O, hökumətə qarşı nümayişdə 150-yə yaxın adamın iştirak etdiyini söyləyərək həbs olunanların sayını açıqlamayıb. General cinayət işlərinin yaxın vaxtlarda məhkəməyə göndəriləcəyini əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR