Bank Of Baku

Abdulla Gül İsfahana gedib

Abdulla Gül İsfahana gedib
# 15 fevral 2011 13:04 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev – APA. İranda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül İsfahan şəhərinə gedib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, A. Gülü Şəhid Behişti hava limanında İsfahan vilayətinin rəhbəri Əlirza Zakir və digər rəsmi şəxslər qarşılayıblar.

Türkiyə prezidenti İsfahanın tarixi yerlərini gəzəcək, ingilis dilində yayımlanan “Press TV” kanalına müsahibə verəcək. O, fevralın 16-da səhər Təbrizə gedəcək.

A. Gülü İranın ədliyyə naziri Seyid Mürtəza Bəxtiyari müşayiət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR