Bank Of Baku

İspaniya İrana etirazını bildirib

İspaniya İrana etirazını bildirib
# 15 fevral 2011 21:56 (UTC +04:00)
Bakı-APA. İspaniya Tehranda ispaniyalı diplomatın polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı İrana öz etirazını bildirib.
APA-nın RFI radiosuna istinadən verdiyi xəbərə görə, bazar ertəsi İspaniyanın İrandakı səfirliyinin müşavirlərindən biri dörd saat polis tərəfindən saxlanılıb. O səfirliyin yaxınlığında müxalifətin etiraz nümayişi keçirdiyi zaman saxlanılıb.

Tehranda fevralın 14-də hakimiyyətin qadağasına baxmayaraq, müxalifət tərəfdarları nümayişlər keçiriblər. İranın müxalifət rəhbərləri - keçmiş baş nazir Mir Hüseyn Müsavi və parlamentin keçmiş spikeri Mehdi Kərrubi - son günlər ev həbs altında saxlanılırlar.

Çərşənbə axşamı, İran millət vəkilləri bəyan ediblər ki, Müsavi və Kərrubi "Amerika-sionist" tələsinə düşüblər. Bəzi deputatlar müxalifət rəhbərlərinin asılmasını tələb ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR