Bank Of Baku

İran müxalifətinin liderlərindən biri olan Mehdi Kərrubi bəyanat yayıb: “Heç bir təhdiddən qorxum yoxdur”

İran müxalifətinin liderlərindən biri olan Mehdi Kərrubi bəyanat yayıb: “Heç bir təhdiddən qorxum yoxdur”
# 16 fevral 2011 10:28 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranda prezidentliyə sabiq namizəd Mehdi Kərrubi Tehranda 14 fevral hadisələri ilə bağlı bəyanat yayıb. APA-nın “kaleme.com” saytına istinadən verdiyi məlumata görə, Kərrubi bəyanatda 14 fevral aksiyalarında baş verən qarşıdurmanı, ölüm hallarını pisləyib: “Biz İran Daxili İşlər Nazirliyinə Misir və Tunis xalqına dəstək olmaq üçün hörmət əlaməti olaraq məktub göndərmişdik. Təəssüflər olsun ki, kütləvi informasiya vasitələrinin bizə qarşı müxtəlif şər və böhtanları ilə qarşılaşdıq. Bütün əlaqə telefonlarımız bağlandı, özümüz ev dustağına çevrildik. Aksiyalarda iştirak edə bilmədik. Aksiyada qarşıdurmalar baş verib. Burada iştirakçılar arasında ölüm və xəsarət alma xəbərini eşitdik. Bundan təəssüfləndik. Bu hadisədə şəhid olan Sane Jale və Məhəmməd Muxtarinin ailələrinə baş sağlığı verib, onlara Allahdan səbir diləyirəm.”
Bəyanatda siyasi məhbusları azad etmək, müstəqil qəzet və agentliklərə işləməyə imkan yaratmaq tələb olunur: “Mən xalq və İmam Xomeyni ilə bağladığım əhdə vəfalıyam. Heç bir təhdiddən qorxum yoxdur”.
Qeyd edək ki, “Reuters” agentliyinin yaydığı məlumata görə, bu gün 14 fevral aksiyalarında öldürülən Sane Jale və Məhəmməd Muxtarinin dəfn mərasimində müxalifət nümayəndələri ilə hökumət qüvvələri arasında növbəti toqquşma olub. Toqquşmalarda ölən və yaralananların olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR