Bank Of Baku

Bəhreyndə nümayişçilərin öldürülməsində günahlandırılan polislər həbs edilib

Bəhreyndə nümayişçilərin öldürülməsində günahlandırılan polislər həbs edilib
# 16 fevral 2011 13:39 (UTC +04:00)
Bakı – APA. Bəhreyndə 2 nümayişçinin öldürülməsində günahlandırılan polis işçiləri həbs edilib. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri şeyx Rəşid bin Adulla əl-Kalifa açıqlayıb. O, əhalidən üzr istəyərək baş verənlərin təhqiqatının aparılacağını deyib. Nazir dəfələrlə tabeliyindəki şəxsləri ifrat güc tətbiqindən çəkinməyə çağırdığını söyləyib.

Xatırladaq ki, Bəhreyndə fevralın 14-də keçirilən kütləvi aksiyada bir nəfər iştirakçı öldürülüb. Ertəsi gün keçirilən mətəm mərasimində daha bir şəxs polislə toqquşma zamanı həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR