Bank Of Baku

Yəmən paytaxtının küçələrinə 2 min polis çıxarılıb

Yəmən paytaxtının küçələrinə 2 min polis çıxarılıb
# 16 fevral 2011 14:45 (UTC +04:00)
Bakı – APA. İcazəsiz aksiyaların qarşısını almaq üçün Yəmənin paytaxtı Sana şəhərinin küçələrinə 2 min polis çıxarılıb. APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, polis tələbələrin nümayişlərdə iştirakını əngəlləmək üçün Sana Universitetinin giriş və çıxışlarını nəzarətə götürüb. Aralarında mülki geyimlilərin də olduğu polislər havaya atəş açır.

Xatırladaq ki, Misirdə baş verənlərdən ruhlanan Yəmən müxalifəti fevralın 12-də 32 ildir hakimiyyətdə olan prezident Əli Abdalla Salehin istefası tələbi ilə nümayiş təşkil etsə də, aksiya polis tərəfindən dağıdılıb. Növbəti kütləvi tədbir fevralın 14-də keçirilib, lakin yenə polis və rejim tərəfdarları tərəfindən dağıdılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR