Bank Of Baku

İsrail Misirə Sina yarımadasına qoşun yeritməyə icazə verib

İsrail Misirə Sina yarımadasına qoşun yeritməyə icazə verib
# 16 fevral 2011 16:23 (UTC +04:00)
APA-nın məlumatına görə, yarımadaya yeridilən hərbi birləşmələrin əsas məqsədi fevralın 5-də partladılmış qaz kəmərinin mühafizəsini təmin etməkdir. Bu kəmər vasitəsilə Misirdən İordaniya və İsrail mavi yanacaq nəql edilir. Yarımadaya nə qədər hərbçi göndərildiyi hələlik məlum deyil. “Reuters” agentliyi söhbətin bir neçə yüz hərbçidən getdiyini bildirir. Xatırladaq ki, Sina yarımadasında Misir hərbçilərinin sayı 1979-cu il Kemp-Devid razılaşmasına əsasən məhdudlaşdırılıb. Regionun silahsızlaşdırılması müqabilində İsrail yarımadanı Misirə qaytarmağa razılıq verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR