Bank Of Baku

Bəhreyn paytaxtının mərkəzi meydanı nümayişçilərin əlindədir

Bəhreyn paytaxtının mərkəzi meydanı nümayişçilərin əlindədir
# 16 fevral 2011 23:19 (UTC +04:00)
Bakı-APA. Bəhreynin paytaxtı Manamanın mərkəzi meydanı və yaxınlıqdakı bir neçə küçə ölkədə geniş islahat keçirilməsini tələb edən nümayişçilərin nəzarətindədir. İnci meydanında və yaxınlıqda on minlərlə nümayişçi var.

Bəhreyndəki etiraz aksiyası artıq üçüncü gündür ki davam edir. Nümayişçilər üç əsas tələb irəli sürüblər: saxlanılmış tərəfdarların azad olunması, Konstitusiya dəyişikliyinin həyata keçirilməsi və Bəhreyndə yaşayan şiələrin hüquqlarının genişləndirilməsi, onların dövlət idarəçiliyinə buraxılması. Bəhreyn elitası əhalinin 33 %-ni təşkil edən sünnilərdən ibarətdir. Əhalinin 66%-i şiələrdir.

Bəhreyn hakimiyyəti hələlik etirazçılara reaksiya vermir.

Manamadakı hadisələr Vaşinqtonun böyük narahatlığına səbəb olub. Bəhreyndə ABŞ Beşinci donanmasının əsas bazası yerləşir. Bölgədəki ABŞ quru və dəniz qoşunlarına nəzarəti həyata keçirən komanda və telekommunikasiya mərkəzi də Bəhreyndədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR