Bank Of Baku

Yaponiya iqtidar partiyasını 16 deputat tərk edir

Yaponiya iqtidar partiyasını 16 deputat tərk edir
# 17 fevral 2011 04:50 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın hakim Demokrat partiyasında ciddi böhran yaranıb. Parlamentin aşağı palatasının 16 deputatı partiyanın parlament fraksiyasından çıxmaq niyyətində olduqlarını bildiriblər. Həmin şəxslər parlamentdə öz fraksiyalarını yaratmaq niyyətindədirlər. Lakin onlar Demokrat partiyasından çıxmayacaqlarını bildiriblər. Bu isə vəziyyəti tamamilə gərginləşdirir.

Sözügedən 16 deputat partiyanın qurucularından biri olan, yapon siyasətinin «boz kardinalı» İtiro Odzavanın tərəfdarlarıdırlar. Qeyd edək ki, Odzavaya qarşı korrupsiya ittihamı ilə cinayət işi açılıb.

Partiya rəhbərliyi istintaqın sonunadək Odzavanın partiyadakı üzvlüyünü dayandırmaq fikrindədir. Buna cavab olaraq Odzavanın tərəfdarları yuxarıda sözügedən addımı atıblar. Lakin belə görünür ki, onların niyyətləri baş tutmayacaq. Partiyada üzvlüyünü saxlamaqla, fraksiyadan çıxmaq üçün baş katib Katsuya Okadanın icazəsi lazımdır. Okada isə bu cür addımlara qarşı olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR