Bank Of Baku

Liviyada keçirilən kütləvi aksiyalarda 4 nəfər ölüb

Liviyada keçirilən kütləvi aksiyalarda 4 nəfər ölüb
# 17 fevral 2011 09:19 (UTC +04:00)
Bakı – APA. Fevralın 16-da Liviyanın Əl-Bayda şəhərində nümayişçilərlə polislər arasında baş vermiş toqquşmada 2 nəfər ölüb. APA-nın xəbərinə görə, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. “France-Presse” isə 4 nəfərin öldürüldüyünü bildirib. Əl-Bayda şəhərində keçirilən nümayişdə yüzlərlə adam iştirak edib və bir neçə polis məntəqəsi yandırılıb.

Əz-Zintan şəhərində də etiraz aksiyası keçirilib. Burada da bəzi polis məntəqələri yandırılıb. Liviya lideri Müəmmər Qəddafinin istefasını tələb edən nümayişçilər şəhərin mərkəzində çadırlar qurublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR