İranda iki sabiq deputat və dövlət əleyhinə təbliğatda günahlandırılan iki nəfər həbs edilib

İranda iki sabiq deputat və dövlət əleyhinə təbliğatda günahlandırılan iki nəfər həbs edilib
# 17 fevral 2011 09:23 (UTC +04:00)
APA-nın “kaleme.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə həbs edilənlər Musa Sakit və Əta Əlizadənin vəkili məlumat verib. O bildirib ki, Təbrizin 1 saylı İnqilab Məhkəməsi M. Sakiti dövlət əleyhinə təbliğat aparmaqda, “Azadlıq” hərəkatının toplantılarında iştirakda və bu hərəkata üzv olmaqda ittiham edib və barəsində 7 ay müddətinə həbs qərarı verib. Ə. Əlizadə də “Mübariz Müsəlman” və “Azadlıq” hərəkatına üzv olmaqda təqsirli bilinərək 91 gün müddətinə azadlıqdan məhrum edilib.

“Parlemannews.com” saytı isə sabiq millət vəkilləri Əhməd Həkimipur və Şəhribanu Amaninin polis tərəfindən saxlandığı barədə məlumat yayıb. Lakin onların həbsinin səbəbləri hələlik açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR