Bank Of Baku

İran hakimiyyəti müxalifətin təbliğat kanallarını kəsmək fikrindədir

İran hakimiyyəti müxalifətin təbliğat kanallarını kəsmək fikrindədir
# 17 fevral 2011 12:28 (UTC +04:00)
Bakı – APA. İran hakimiyyəti müxalifətin bəyanatlarla çıxış etməsini qanunla qadağan etməyə hazırlaşır. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bunu ölkənin məhkəmə sisteminin rəhbəri, ayətullah Sadıq Laricani deyib. O bildirib ki, müxalifət liderlərinin öz bəyanatlarını yaydığı bütün kanallar kəsiləcək və bu məqsədlə “ədalətli və qanuni sistem” işlənib hazırlanacaq: “Bu sistem qurulanadək İran xalqı öz səbrini qorumalı və ayıq olmalıdır”.

Qeyd edək ki, fevralın 18-də Tehranda müxalifətə qarşı etiraz mitinq keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR