Bank Of Baku

Yəməndə nümayişçilərə atəş açılıb, 3 nəfər ölüb

Yəməndə nümayişçilərə atəş açılıb, 3 nəfər ölüb
# 18 fevral 2011 11:26 (UTC +04:00)
Bakı – APA. Fevralın 17-də Yəmənin Ədən şəhərində nümayişçilərlə polis arasında baş vermiş toqquşmalarda 3 nəfər ölüb. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisələr zamanı 19 nəfər yaralanıb. Yaralılardan 2-si ağır vəziyyətdədir.

Xatırladaq ki, polis Ədəndə prezident Əli Abdulla Salehin istefası tələbi ilə meydana çıxan insanlara atəş açıb. Paytaxt Sana şəhərində də polislə nümayişçilər arasında toqquşmalar olub. Sanada prezident tərəfdarları müxaliflərə atış açıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR