Bank Of Baku

İran və Oman hərbi dəniz qüvvələri müştərək hərbi təlimlər keçirəcəklər

İran və Oman hərbi dəniz qüvvələri müştərək hərbi təlimlər keçirəcəklər
# 19 fevral 2011 10:22 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İran və Oman hərbi dəniz qüvvələrinin rəhbərləri arasında birgə hərbi təlimlər keçirilməsi barədə müzakirələr olunub və 2012-ci ilin yazında təlimlər həyata keçirmək barədə razılıq əldə edilib. APA-nın “İRNA”ya istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin qərargah rəisinin əməliyyatlar üzrə müavini general Mustafa Salami deyib. O bildirib ki, təlimlər Oman dənizində həyata keçiriləcək: “Biz qonşu ölkələrlə istər dənizdə, istərsə də quruda hərbi təlimlər keçirməyə hazırıq və bu barədə müəyyən layihələrimiz də var. Qonşularla hərbi təlimlərin keçirilməsi regionda sülhün möhkəmlənməsinə yardım edəcək. Gələcəkdə bu planların həyata keçməsinə ümid edirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR