Bank Of Baku

Tehran Universitetinin yanında partlayıcı maddə aşkarlanıb

Tehran Universitetinin yanında partlayıcı maddə aşkarlanıb
# 21 fevral 2011 10:00 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Tehran Universitetinin yaxınlığında uzaqdan idarə olunan partlayıcı qurğu aşkar edilib. APA-nın “İsna” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Tehran polisinin müavini Əhməd Rza Radan açıqlayıb. O, partlayıcı qurğunun olduğu qutunun içərisində başqa silah və səs boğucuların da olduğunu bildirib. Hazırda polis bununla bağlı araşdırma aparır.

Ə. R. Radan hazırda Tehran şəhərində sakitlik olduğunu bəyan edib: “Polis şəhərə tam şəkildə nəzarət edir. Bu kimi hallar İran İslam Respublikasının əleyhinə olan münafiq qruplaşmaların işidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR