Bank Of Baku

İranın ali dini lideri: “Regionda sülh və sabitliyin hakim olması üçün böyük şeytanı qovmaq lazımdır”

İranın ali dini lideri: “Regionda sülh və sabitliyin hakim olması üçün böyük şeytanı qovmaq lazımdır”
# 21 fevral 2011 11:46 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyi Tehranda olan İslam ölkələri səfirləri və İranın yüksək rütbəli şəxsləri ilə görüşündə deyib.

Xamneyi bildirib ki, İslam ölkələrinin xalqları ayıq olmalı və şeytanın hiyləsindən agah olmalıdırlar: “Amerika özünü region ölkələri xalqlarının qəzəbindən uzaq saxlamaq istəyir. Amma region xalqlarının ilk növbədə istəyi istismarçı hegemonların onların ölkələrindən çıxmasıdır”.

“İsrail rejimi regionda bir xərçəng xəstəliyinə bənzəyir. Bu xərçəng ölkələri müflis etmək məqsədilə yaradılıb və böyük şeytan olan ABŞ da onu himayə edir. Region ölkələri xalqlarını müxtəlif bəyanat və çıxışları ilə qorxu altında saxlamaq istəyirlər. Bu xərçəngi tezliklə kəsib atmaq lazımdır” - deyə Xamneyi qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR