Bank Of Baku

Yəmən prezidenti istefaya getməkdən imtina edib

Yəmən prezidenti istefaya getməkdən imtina edib
# 21 fevral 2011 12:52 (UTC +04:00)
Bakı - APA-Economics. Yəmən prezidenti Əli Abdullah Saleh bəyan edib ki, müxalifətin tələbləri onu istefaya getməyə məcbur edə bilməz.

APA-nın “Agence France-Presse”yə istinadən xəbərinə görə, bu açıqlamanı o, bu gün keçirdiyi mətbuat konfransında səsləndirib.

“Mən yalnız bir halda gedəcəyəm - əgər seçkilərdə uduzsam” - deyə Yəmən prezidenti qeyd edib.

Qeyd edək ki, Əli Abdullah Saleh Yəmənə 1978-ci ildən rəhbərlik edir. O, yanvarda başlayan etiraz aksiyalarından sonra növbəti seçkilərdə iştirak etməyəcəyini bildirib. Bununla belə, müxalifət prezidentin istefasına nail olana qədər nümayişləri davam etdirəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR