Bank Of Baku

Seneqal İranla diplomatik əlaqələri kəsib

Seneqal İranla diplomatik əlaqələri kəsib
# 23 fevral 2011 04:47 (UTC +04:00)
Bakı-APA. Seneqal hökuməti İranla diplomatik əlaqələri kəsilməsinə dair qərar verib.
APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, Seneqal bunu İranın Seneqal üsyançılarını silahla təchiz etməsi ilə izah edib.
Seneqal XİN-nin yaydığı bəyanatda deyilir ki, İran silahı ilə silahlanmış qiyamçılarla döyüşdə çoxlu sayda Seneqal hərbiçiləri həlak olub.

Seneqal hərbiçiləri ilə üsyançılar arasında toqquşma keçən bazar günü ölkənin cənubunda Kasamans regionunda baş vermişdi.
2010-ci ilin dekabr ayında Nigeriyanın Laqos limanında bir gəmidə İrana məxsus tikinti materialları adı altında silah sursat olan yük aşkarlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, silah qeyri qanuni yolla Qambiyaya qaxıl olmaqla bir necə Afrika ölkəsinə çatmalı idi. Bu hadisədən sonda Qambiya İran ilə bütün əlaqələri kəsmişdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR