Bank Of Baku

İranda Haşimi Rəfsəncaninin ailə üzvlərinə hücum edilib

İranda Haşimi Rəfsəncaninin ailə üzvlərinə hücum edilib
# 23 fevral 2011 10:20 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikası Qərarların Məqsədəuyğunluğu Şurasının sədri, Üləmalar Məclisinin rəhbəri, sabiq prezident, ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin ailə üzvləri və yaxınları hücuma məruz qalıb. APA-nın “jomhourieslami” saytına istinadən verdiyi məlumata görə, hadisə Tehranın “Rey şəhər” deyilən ərazisində yerləşən Əbdüləzim Həsəni ziyarətgahında keçirilən yas məclisində baş verib.

H. Rəfsəncaninin oğlu Möhsin Haşimi, qızı və bacısı qızları məclisdən çıxarkən mülki geyimli şəxslər tərəfindən onlara hücum edilib. Mülki geyimli naməlum şəxslər “Rəfsəncaniyə ölüm!”, “Münafiqlər!” deyə qışqırıblar. Mərasim iştirakçıları hadisəyə müdaxilə edərək Rəfsəncaninin ailəsini oradan uzaqlaşdırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR