Bank Of Baku

İsrail Qəzza zolağını atəşə tutub

İsrail Qəzza zolağını atəşə tutub
# 24 fevral 2011 04:53 (UTC +04:00)
Bakı-APA. İsrailin Qəzza zolağını atəşə tutması nəticəsində 2 fələstinli silahlı yaralanıb. Bu barədə Qəzzanın səhiyyə xidmətinin nümayəndəsi Ədhəm əbu Səlmiyyə məlumat verib.

Bir neçə saat əvvəl İsrail hərbçiləri və Fələstin silahlıları arasında baş vermiş atışma nəticəsində «İslam cihadı» qruplaşmasının bir üzvü həlak olub, 10 nəfər isə yaralanıb.

İsrail mənbələri dünən ölkənin cənubundakı Beer-Şeva şəhərinin Qəzza zolağından «Qrad» tipli raketlərlə atəşə tutulduğunu bildirib. Nəticədə 3 nəfər şəhər sakini xəstəxanaya yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR