Bank Of Baku

Yəməndə nümayişçilər prezident Əli Abdullah Salehin istefasını tələb edir

Yəməndə nümayişçilər prezident Əli Abdullah Salehin istefasını tələb edir
# 01 mart 2011 18:53 (UTC +04:00)
Bakı-APA. Yəmənin paytaxtında və digər iri şəhərlərdə prezident Əli Abdullah Salehin tutduğu vəzifəsindən istefası tələb ilə nümayişlər keçirilir.
APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, aksiyalara səbəb kimi Ədəndəki etirazçılarla həmrəylik nümayiş etdirmək olub. Xatırladaq ki, Ədəndə etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş vermiş toqquşmalarda bir nəfər həlak olub.
Sənadakı dinc nümayişlərə tanınmış islamçı Şeyx Əbdül Məcid əl-zindan başçılıq edib.
Eyni zamanda prezident Əli Abdullah Salehin tərəfdarı paytaxtın Təhrir meydanında paralel mitinq keçiriliblər. Prezident Saleh Sana Universitetin tələbələri qarşısında çıxış edərək bildirib ki, "nümayişlər və yürüşlər dövlətin iqtisadiyyatına mənfi təsir göstərir".
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR