Bank Of Baku

İran və Türkiyə Liviyaya hərbi müdaxilənin əleyhinədir

İran və Türkiyə Liviyaya hərbi müdaxilənin əleyhinədir
# 03 mart 2011 23:31 (UTC +04:00)
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, İran və Türkiyənin liderləri Liviyaya xarici müdaxilənin əleyhinə çıxış ediblər.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
İran prezidenti Mahmud Əhmədinejad xəbərdarlıq edib ki, Amerika Birləşmiş Ştatları Liviyaya qoşun göndərsə, öz əsgərlərinə məzarlıq yaratmış olacaq.

O bildirib ki, prezident Buşun vaxtıyla müqayisədə indiki dövr fərqlidir.

Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan ölkəsinin Liviyanın daxili problemlərinə müdaxiləni dəstəkləmədiyini təsdiq edib.

Erdoğan deyib ki, Liviyanın taleyini kənardan heç kim müəyyən edə bilməz.

Baş nazir əlavə edib ki, BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı qəbul etdiyi qətnamə böyük dövlətlərin iradəsinin ifadəsidir və Şuranın digər üzvlərinin qərarı deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR