Bank Of Baku

Səudiyyə Ərəbistanında bütün aksiyalara qadağa qoyulub

Səudiyyə Ərəbistanında bütün aksiyalara qadağa qoyulub
# 05 mart 2011 15:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Səudiyyə Ərəbistanı hökuməti ölkə ərazisində aksiya və yürüşlərin keçirilməsinə qadağa qoyub.

APA-nın krallığın dövlət telekanalı olan «Əl-Əxbariyyə»yə istinadən verdiyi məlumata görə, ölkənin Daxili İşlər Nazirliyinin bu barədə yaydığı açıqlamada bildirilir ki, hüquq-mühafizə orqanları ictimai asayişi poza biləcək istənilən aksiyanın qarşısını almaq hüququna malikdir.

Məlumatda o qeyd olunub ki, ötən gün Səudiyyə Ərəbistanında şiələrin təşəbbüsü ilə ölkənin şərqində yerləşən Katifə və Hafifə şəhərlərində bir müddət öncə həbs olunan şiə lideri Toffik əl-Əmirin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR