Bank Of Baku

Yaponiyanın xarici işlər naziri Seydzi Maexara istefa verib

Yaponiyanın xarici işlər naziri Seydzi Maexara istefa verib
# 07 mart 2011 07:23 (UTC +04:00)
Bakı-APA. Yaponiyanın xarici işlər naziri Seydzi Maexara istefa verib. APA-nın məlumatına görə, XİN başçısı qərarını dünən keçirdiyi mətbuat konfransında açıqlayıb. Maexeranın istefasına səbəb ona siyasi dəstəyi təmin edən fondun xarici ölkə vətəndaşından ianə qəbul etməsidir. Yaponiya qanunvericiliyinə görə, siyasi fondlara xarici ölkə vətəndaşlarından ianə almaq qadağan olunur.

Xarici işlər naziri etiraf edib ki, son bir neçə il ərzində onun fondu uzun illərdir Yaponiyada yaşayan, lakin bu ölkənin vətəndaşı olmayan koreyalı qadından ümumilikdə 3 min dollaradək seçki ianəsi alıb. Maexera fonda yardım edən koreyalı ilə uşaqlıq dostu olduğunu bildirib.

Xatırladaq ki, altı ay əvvəl xarici işlər naziri postuna gələn Seydzi Maexera Yaponiya baş nazirinin əsas siyasi varisi hesab olunurdu. Baş nazir Naoto Kan XİN başçısını qərarından imtina etməyə çalışsa da, buna nail ola bilməyib. Maexera ölkə vətəndaşlarından etdiyi səhvə görə üzr istəyib.

Bu gün səhər baş nazir Kanın sərəncamı ilə Yukio Edano xarici işlər nazirinin səlahiyyətlərini icra edən şəxs təyin olunub. Edano həmçinin hökumətdə baş katib vəzifəsini daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR