Bank Of Baku

İran Üləmalar Məclisinə yeni sədr seçilib

İran Üləmalar Məclisinə yeni sədr seçilib
# 09 mart 2011 08:13 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. İran Üləmalar Məclisinin 4-cü sessiyasının 9-cu iclası keçirilib. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, iclas Məclisin sədri ayətullah Haşimi Rəfsəncaninin nitqi ilə başlayıb. Rəfsəncani sədr olduğu müddət ərzində ona göstərilən etimada görə məclis iştirakçılarına və xalqa təşəkkürünü bildirib.

H. Rəfsəncaninin sədrlik müddəti başa çatdığından Üləmalar Məclisi sədrliyinə ayətullah Məhdəvi Kəninin namizədliyi irəli sürülüb. Ayətullah Məhdəvi Kəni 63 səslə növbəti 2 il üçün Üləmalar Məclisinə sədr seçilib.

Qeyd edək ki, Üləmalar Məclisinin səlahiyyəti dini rəhbəri seçmək və onun fəaliyyətinə nəzarətdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR