Bank Of Baku

Tehranda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçirilib

Tehranda 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçirilib
# 09 mart 2011 09:45 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. İranın Tehran şəhərində 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə aksiyalar keçirməyə cəhd olub. APA-nın “Kaleme” saytına istinadən verdiyi məlumata görə, polis Tehranın Fatimi meydanında, İnqilab, Sadiqiyyə və digər küçələrində aksiyaları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Məlumatda bildirilir ki, aksiyaçıları qızışdırmaq üçün onların aralarında naməlum adamlar peyda olaraq təhrikedici şüarlar səsləndiriblər. Aksiya iştirakçılarının ayıqlığı nəticəsində həmin şəxslər tutularaq ərazidən uzaqlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR