Bank Of Baku

İranda həbsdə olan jurnalist Səid Mətinpurun vəziyyəti pisləşib

İranda həbsdə olan jurnalist Səid Mətinpurun vəziyyəti pisləşib
# 11 mart 2011 08:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. İrandakı azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından olan jurnalist Səid Mətinpurun həbsxanada vəziyyəti pisləşib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Şimali Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, Tehranın “Evin” həbsxanasında saxlanılan S. Mətinpurun səhhətində ciddi problem yaranıb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə dəfələrlə müraciət edilməsinə baxmayaraq, S. Mətinpur müalicə müəssisəsinə köçürülməyib. Jurnalist ürək və onurğa nahiyəsində ağrılardan, o cümlədən ardıcıl baş ağrılarından əziyyət çəkir.

Qeyd edək ki, S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda o, Tehrandakı “Evin” həbsxanasının 209-cu bölməsində saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR