Bank Of Baku

Çində avtobusun uçuruma yuvarlanması nəticəsində 18 nəfər həlak olub, 23 nəfər yaralanıb

Çində avtobusun uçuruma yuvarlanması nəticəsində 18 nəfər həlak olub, 23 nəfər yaralanıb
# 11 mart 2011 16:42 (UTC +04:00)
Bakı - APA. Çində baş verən avtomobil qəzası nəticəsində 18 nəfər həlak olub, 23 nəfər yaralanıb.

APA-nın “Xinhua” agentliyinə istinadən xəbərinə görə, hadisə Şimal-Qərbi Çində, dünyanın ən hündür dağ şosesində qeydə alınıb.

İçində 41 sərnişin olan avtobus Sintsyan-Uyğur və Tibet muxtar rayonlarını birləşdirən avtomobil yolunun Eçen məntəqəsində sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma yuvarlanıb.

Qeyd edək ki, bu avtomobil yolunun uzunluğu 1455 km-dir. Onun bir hissəsi dəniz səviyyəsindən 6,2 min metr yüksəklikdə yerləşir ki, bu da dünyanın ən hündür dağ şosesi sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR