Bank Of Baku

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında radiasiya norması 1000 dəfə artıb, əhali təcili evakuasiya edilir

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında radiasiya norması 1000 dəfə artıb, əhali təcili evakuasiya edilir
# 12 mart 2011 07:57 (UTC +04:00)
Tokio-APA. Yaponiyanın “Fikisuma-1” atom elektrik stansiyasının reaktorlarından birində radiasiya norması 1000 dəfə artıb. APA-nın məlumatına görə, AES hüquqlarından kənarda radiasiya normasının 8 dəfə artdığı müşahidə edilir. Radiasiyanın artması zəlzələ nəticəsində AES daxilində soyutma sisteminin avtomatik şəbəkədən ayrılması ilə əlaqədardır. Baş nazir Naoto Kan “Fukusima-1” stansiyası ətrafındakı 10 kilometr radiusda yaşayan bütün insanların evakuasiyasına göstəriş verib. Bu AES Tokiodan 250 kilometr şimal-şərqdə yerləşir. Tokio Electric Rower şirkətinin nümayəndəəri Fukusima prefekturası ərazisində daha bir atom elektrik stansiyasında üç nüvə reaktorunun soyutma sisteminin sıradan çıxdığını açıqlayıb. Söhbət “Fukusima-1” stansiyasından 11 kilometr uzaqlıqda yerləşən “Fukusima-2” AES-dən gedir.
Yaponiya ərazisində 53 atom elektrik stansiyası fəaliyyət göstərir. Ölkənin enerjiyə olan tələbatının 30 faizini bu stansiyalar təmin edirlər.
Xatırladaq ki, dünən Yaponiyada 8,9 bal güncündə zəlzələ baş verib. Son məlumatlara görə, zəlzələ və daha sonra əmələ gələn sunami nəticəsində ölən və itkin düşənlərin sayı 1000 nəfəri keçib. Rəsmi qurumlar 433 nəfərin öldüyünü təsdiqləyiblər. Təbii fəlakət nəticəsində 3400 ev tamamilə və ya qismən dağılıb, 3 yaşayış məntəqəsi su altında qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR