Bank Of Baku

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib
# 12 mart 2011 09:55 (UTC +04:00)
Tokio-APA. Yaponiyada zəlzələdən zərər çəkmiş “Fukusima-1” atom elektrik stansiyasında partlayış baş verib. APA-nın məlumatına görə, partlayışdan sonra stansiyanın üzərində ağ bulud topası əmələ gəlib. Partlayış nəticəsində nüvə reaktorunun bloklarından birinin çöl divarı dağılıb. İlkin məlumata görə, hadisə zamanı bir neçə nəfər yaralanıb. Xatırladaq ki, bundan əvvəl rəsmi orqanlar mütəxəssislərin reaktorun müdafiə örtüyünə toplanmış qazın bir hissəsini çıxarmağa müvəffəq olduğunu bildirmişdilər. Nəticədə reaktor daxilində qazı təzyiqi azalıb və radiasiya sızıntısı riski aşağı enib. Daha sonra reaktorun soyudulması üçün bloklara nasoslarla dəniz suyu vurmağa başlayıblar. Lakin görülən tədbirlər lazımi nəticə verməyib və atom elektrik stansiyasında partlayış baş verib. Hazırda AES ətrafında radiasiya fonunun sürətlə artdığı bildirilir.

Yaponiya hökuməti atom-eketrik stansiyasındakı partlayışla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada partlayışın reaktora təsir etmədiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR