Bank Of Baku

Zərdari: Bin Ladenin Pakistanda yaşadığını bilmirdik

Zərdari: Bin Ladenin Pakistanda yaşadığını bilmirdik
# 03 may 2011 23:21 (UTC +04:00)
Bakı-APA. Pakistan prezidenti Asif Zərdari Üsəma Bin Ladenin onun ölkəsində öldürülməsi faktının Pakistanın terrorizmlə mübarizədə uğursuzluqlarına dəlalət etməsi barədə deyilənləri rədd edib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Washington Post qəzetində dərc etdirdiyi məqaləsində Zərdari deyib ki, onun ölkəsi "dünyanın ən böyük terrorizm qurbanı"dır.
Bin Laden Pakistan şəhəri Abbottabadda ABŞ qüvvələri tərəfindən başından vurularaq öldürülüb. Pakistan bu reydə cəlb olunmayıb.
ABŞ rəsmiləri deyir ki, Bin Ladenin Pakistanda müdafiə sistemi olub.
54 yaşlı Bin Laden Əl-Qaida şəbəkəsinin yaradıcısı və lideri idi. Onun 2001-ci il sentyabrın 11-də Nyu York və Vaşinqtona hücumları, eləcə də bir çox digər insan ölümü ilə nəticələnən bombardmanları təşkil etməsinə bildirilir.
O, Amerikanın axtarış siyahısının başında duram adam idi, amma 10 il idi ki, gizlənə bilirdi.
Amma ABŞ rəsmiləri deyirlər ki, onlar 99.99 faiz əmindirlər ki, Abbotabaddakı malikanədə güllələdikləri və öldürdükləri, daha sonra dənizin dibində basdırdıqları adam Bin Ladenin özü idi.
Onlar deyirlər ki, Bin Ladenin dəfninin videosunu çəkiblər, ancaq onun cəsədinin şəkilləri hələ ki, dərc olunmayıb.
Ağ Evin terrorizmlə mübarizə məsələləri üzrə rəisi John Brennan deyib ki, Bin Ladenin Pakistanda müdafiə sisteminin olmaması və onun Pakistanda yerli müdafiə şəbəkəsinin köməyi olmadan uzun müddət yaşaya bilməsi inandırıcı deyil.
Pakistan prezidenti Asif Əli Zərdari isə deyib ki, onun ölkəsinin hakimiyyəti Üsəma Bin Ladenin harda gizləndiyini bilmirdi.
Üsəma Bin Ladenin harda olması ABŞ kəşfiyyat orqanlarının onun inanılmış kuryerlərindən birinin şəxsiyyətini müəyyən etməsindən sonra mümkün olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR