Bank Of Baku

İran prezidenti: “Hamı əmin ola bilər ki, Əhmədinejad istibdadın və sionist rejimin məhvinədək onlara qarşı mübarizə aparacaq”

İran prezidenti: “Hamı əmin ola bilər ki, Əhmədinejad istibdadın və sionist rejimin məhvinədək onlara qarşı mübarizə aparacaq”
# 04 may 2011 14:30 (UTC +04:00)
Bakı-APA. “Düşmənlərin ölkədəki bəzi daxili məsələlərlə sui-istifadə etməsinə əsla imkan verməyəcəyik. Şübhəsiz, o adamlar ki, əllərinə fürsət düşdüyünü və İran xalqına, inqilaba və onun iradəsindən yaranmış quruluşa zərbə endirə biləcəklərini güman edirlər, mütləq peşman olacaq və artıq neçənci dəfə kobud səhvə yol verdiklərinə əmin olacaqlar”. APA-nın İranın Azərbaycandakı səfirliyinə istinadən yaydığı məlumata görə, prezident Mahmud Əhmədinejad bu sözləri İran hökumətinin bazar günü keçirilən iclasında çıxışında deyib.

O, “vilayəti-fəqih” nəzəriyyəsinin mərhum imam Xomeyninin düşüncəsinin ana xəttini təşkil etdiyini vurğulayıb: “İran İslam Respublikasının banisi “vilayəti-fəqih” əsasında kapitalizm və marksizmə əsaslanan quruluşlar müqabilində dövləti idarə etməyin yeni metodunu işləyib-hazırladı. Bu elə bir metoddur ki, bizim etiqadlarımızın dərinliyindən gəlir və bizi peyğəmbərlər tərəfindən bəşəriyyətə hədiyyə olunmuş ilahi düşüncələrlə bağlayan halqadan yaranıb. İnqilabın böyük rəhbəri mənim prezidentliyim dövründə həmişə hökumətə aydın zehin, iti zəka və tam diqqət ilə kömək və rəhbərlik edir və onu istiqamətləndirir. Biz öz əqidəmizə görə, məntiqi və elmi əsaslarla istibdad və sionizmin əsaslarına qarşıyıq. Hamı əmin ola bilər ki, Əhmədinejad istibdadın və sionist rejimin məhvinədək onlara qarşı mübarizə aparacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR