Bank Of Baku

Şimali Koreyada iki Yaponiya vətəndaşı həbs edilib

Şimali Koreyada iki Yaponiya vətəndaşı həbs edilib
# 05 may 2011 04:55 (UTC +04:00)
Bakı-APA. Şimali Koreyada narkotik vasitələrin və saxta valyuta qaçaqmalçılığında şübhəli bilinən iki Yaponiya vətəndaşı həbs edilib.
APA-nın gazeta.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Yaponiyanın NHK telekanalı yayıb.

Şimali Koreya hökumətinin bəyanatında deyilir ki, bu iki şəxs beynəlxalq hüququ və Şimali Koreya qanunlarını pozaraq ağır cinayətlər törədiblər. Onlar KXDR qanunlarına əsasən məsuliyyətə cəlb olunacaqlar.

Yaponiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarının hansı səbəbdən həbs olunduğunu aydınlaşdırmaq üçün Şimali Koreya hökuməti ilə əlaqə saxlayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR