Bank Of Baku

Suriya ordusu Deraa şəhərini tərk etməyə başlayıb, həbs olunanların sayı 1000 nəfəri keçib

Suriya ordusu Deraa şəhərini tərk etməyə başlayıb, həbs olunanların sayı 1000 nəfəri keçib
# 05 may 2011 11:17 (UTC +04:00)
APA-nın məlumatına görə, Suriya ordusu və təhlükəsizlik qüvələri Dəməşqdən 120 kilomtr cənubda yerləşən Deraada əməliyyata aprelin 25-də başlayıblar. Əməliyyat zamanı 50-dən çox insan ölüb, 1000-dən artıq insan həbs edilib. Xatırladaq ki, İordaniya ilə sərhəddə yerləşən bu şəhərdə etiraz aksiyaları martın ortalarında başlayıb. Etirazlara səbəb küçələrdə divarlara hökumət əleyhinə şüarlar yazan məktəblilərin həbsi səbəb olub. İnsanlar küçələrə çıxaraq hökumətdən məktəblilərin azadlığa buraxılmasını tələb ediblər. Qısa müddətdə etiraz dalğası Latakiyyə, Baniyas, Xüms, Xama və digər şəhərlər yayılıb. Nümayiş iştirakçıları ilə hüquq-mühafizə orqanları arasında toqquşmalarda 500-dən artıq insan həlak olub. Rəsmi rəqəmlərdə isə toqquşmalar zamanı 70 mülki şəxsi, 78 əsgər və polisin öldüyü bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR